Yüzlərlə tələbə Danimarka səfirliyi qarşısına yığışaraq «Danimarkaya ölüm» və «Allah böyükdür» kimi şüarlar səsləndiriblər
Yüzlərlə tələbə Danimarkanın Tehrandakı səfirliyi qarşısına yığışaraq Məhəmməd peyğəmbərin karikaturalarının çapına etiraz edib.
Onlar «Danimarkaya ölüm» və «Allah böyükdür» kimi şüarlar səsləndirərək müsəlman ölkələrini Danimarka mallarını baykot etməyə çağırıblar.


