Reklam verin!

Qurban kəsmək

qurbanliq-qocHər cür, o cümlədən də yolunda qurban kəsməklə ibadət edilməyə layiq olan Allaha həmd olsun. Məlum olduğu kimi, Allah ona yaxınlaşmaq, Ona ibadət etmək üçün cürbəcür yollar qoymuşdur. Bunlardan biri də Allah üçün bir heyvanı kəsməkdir. Allah rizası üçün, Allaha yaxınlaşmaq məqsədi ilə heyvan kəsmək dilimizdə “Qurban” olaraq bilinməkdədir. “Qurban” kəlməsi ərəb dilində “yaxınlaşmaq” mənasına gəlir. Şəriətdə isə İslam icazə verdiyi üsulla Allaha yaxınlaşmaq üçün ibadət məqsədi ilə edilən hər hansı bir ibadətdir. Bu mənada (Allaha yaxınlaşma mənasında) namaz qılmaq, oruc tutmaq, zəkat vermək, zikr etmək və s. ibadətlər hamısı Allaha yaxınlaşmadır (qurbandır). Məsələn, Rəsulullah (s) belə buyurur: “Ey Ka`b, oruc qalxandır, namazda yaxınlaşmadır (əs-salatu qurban).” (Buxari). Amma, ərəb dilində “udhiyyə” adlanan Allah üçün heyvan kəsmək digər ibadətlərdən fərqli olaraq daha çox Qurban adı ilə tanınmışdır. Bunun səbəbi bu ibadətin özünə məxsus qeyri-adiliyidir. Məsələn, bu ibadətlə insan ət əldə etmək kimi dünyalıq bir şey qazandığı halda eyni zamanda Allaha yaxınlaşmış olur. Amma namaz, oruc, həcc, zəkat, Quran oxumaq və s. kimi Allaha yaxınlaşdırıcı digər ibadətlərdə belə dünyalıq qazanc yoxdur. Quranda buna işarət edilmişdir.

Davamı...

Baxış sayı: 256
Açar sözlər: qurban qoç bayram id sunnət 
Bookmark and Share

Qurbanlıq və onun əhkamları

Allah təala buyurur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Yaxşılıq edənlərə (Cənnətlə) müjdə ver!” (əl-Həcc: 37). “Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” (əl-Kövsər: 2).

Davamı...

Baxış sayı: 240
Açar sözlər: qurban bayram əhkam qoç inək 
Bookmark and Share


  Yazılar cəmi: 2  

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 24
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 249
Ümumi hit: 500684






Top on A-Z.az


Free hit counters









En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle
banner Bloguma kimlər girib?


AddThis Feed Button
Add to Technorati Favorites
Pulsuz KOnsultasiyalar