Mərhəmətli, rəhmli Allahın adı ilə!
Bunlar hikmətli kitabın Qur'anın ayələridir. (Loğman 2 ayə)
Muəllif Muzzəmmil
muzzemmil@mail.ru
Əvvəli var...
Hər kəs Mənim öyüd-nəsihətimdən (Qur’andan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!" (Taha.124ayə)
Davamı...
Mərhəmətli, rəhmli Allahın adı ilə!
Bunlar hikmətli kitabın Qur'anın ayələridir. (Loğman 2 ayə)
Muəllif Muzzəmmil
muzzemmil@mail.ru
Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin! (Əl-Bəqərə.42 ayə.) (Ölənin vəsiyyətini) eşitdikdən sanra onu dəyişənlər günah sahibi olarlar. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir. (Əl Bəqərə.181ayə.) Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin! . (Əl-Bəqərə.188 ayə.) Davamı...
Martın sonlarında İslamı tənqid edən yeni sənədli film nümayiş olunacaq
Amstrerdamda mindən artıq insan İslamı tənqid edən sənədli filmin nümayişinə etiraz edərək aksiya keçirib. Siyasətçi və rejissor Gelt Vildersin çəkdiyi film «Fitnə» adlanır. Filmin internetə martın sonlarında çıxarılması gözlənilir. Politoloqlar bu filmin nümayişi ilə yeni aksiya dalğalarının başlayacağını istisna etmirlər.
Davamı...
Tərcümə üçün 2 il vaxt sərf edən Giorgi Lobcanidze İran, Misir və Türkiyədə araşdırma aparıb
Gürcüstanın şərqşünas alimi professor Giorgi Lobcanidze ilk dəfə olaraq müsəlmanların müqəddəs kitabı "Qurani Kərim"i ərəb dilindən gürcü dilinə tərcümə edib. Bu tərcümə üçün iki il vaxt sərf edən Lobcanidze bu vaxt ərzində geniş məlumat əldə etmək üçün İran, Misir, Türkiyə və başqa müsəlman ölkələrində araşdırmalar aparıb.
Davamı...
Hafiz Rəhman Nuriyev: “Quranı əzbərləyənin valideynləri müşrik belə olsalar, qiyamət günündə əzabları yüngülləşər”
- Hafiz kimdir, hafizlik nədir?
- Hafiz sözü ərəbcə olub, mənası qorumaq, mühafizə etmək deməkdir. İslam ədəbiyyatında isə hafiz, Qurani Kərimi başdan sona qədər əzbərləyənlərə deyilir. Əslində isə hafiz sadəcə Quranı əzbərləyənlər deyil. Bu baxımdan hicri II, III əsrlərdə yaşamış hafizlərlə indiki hafizlər arasında çox fərq var. O dövrün alimləri İslami elmləri (buraya hədis, təfsir, fiqh, əqaid, əhkam, əsbabı-nüzul və s. daxildir) ən yüksək səviyyədə bilməli və bunlarla yanaşı Qurani Kərimi başdan sona qədər əzbərləyib “Hafiz” titulu almalıydı.
Davamı...
1,2 milyard insanın and yeri olan «Qurani-Kərim» faşist təlimi ilə müqayisə edilib
«Bu günlərdə bədnam hollandiyalı sağ radikal Heyert Vilders növbəti dəfə ifrat islamofob ifadələrə yol verib». Bu barədə Dini Etiqad Və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) sədri, İçərişəhər «Cümə» məscidinin imam-camaatı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir.
Davamı...
Qur'an kəliməsinin mənası oxumaq qiraət etmək deməkdir. Qur'an ləfzi və mənaları vəhyə istinad edən, Cəbrayıl (a.s.) vasitəsiylə son peyğəmbər Məhəmməd (s.a.s) ə endirilən, qiraətiylə ibadət edilən, özünə xas xüsusiyyətləri olan Fatihə ilə başlayıb Nas surəsi ilə bitən ən son səmavi kitabdır.
Qur'anın adları;
Qur'anın yenə Qur'an tərəfindən bildirilən bir çox adları vardır. Onun ən çox işlənilən və çox yayılan adı Qur'andır. Bunların bir qismini misal olaraq qeyd edək:
Əl-Kitab - Qur'anda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar üçün də işlənilir.
Ümmül-Kitab - Ana kitab mənasına gələn bu ad Lövhü-Məhfuz və Fatihə surəsi üçün də işlənmişdir.
Əl-Furqan - Haqq ilə batili ayıran deməkdir. Furqan adı altı ayədə işlənir.
Əl-Huda - Hidayət edici deməkdir.
Əz-Zikr - Zikr həm zikr etmək və həm də şərəf və şərəfli olmaq mənalarına gəlir.
Qur'anın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa, Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox adları daha vardır.
Davamı...
Bu barədə birinci dəfə müsəlmanların müqəddəs kitabını eston dilinə tərcümə edən Avita nəşriyyatı məlumat verib
Estoniyada “Quran”ın ilk nəşri bir günə satılıb. Min nüsxədən ibarət “Quran” kitabının ilk tirajı Tallindəki kitab mağazalarında cəmi bir gün qalıb. Bu barədə birinci dəfə müsəlmanların müqəddəs kitabını eston dilinə tərcümə edən Avita nəşriyyatı məlumat verib.
Davamı...
«Əgər Quran kompyuterdə yığılmadırsa, metroda satıla bilməz»
Metroda hər növ dini ədəbiyyatların və dini təqvim və şəkillərin satışına qadağa qoyulması doğrudur. Bunu jurnalistlərə verdiyi müsahibəsində Bakı Metropolitenin rəisi Tağı Əhmədov etiraf edib. O qeyd edib ki, bundan sonra metroda dini ədəbiyyatların satışına icazə verilməyəcək.
Davamı...
Baş mufti Abduləziz Əş-Şeyxin rəhbərliyi altında keçən müzakirələrdə din alimləri bunun Qurana hörmətsizlik olduğunu bildiriblər
Bir neçə müddətdir Səudiyyə Ərəbistanında avazlı səslə oxunan Quran ayələrinin mobil telefon zəngi kimi istifadəsinin mümkün olub - olmaması barədə aparılan müzakirələr başa çatıb. Nəhayət, Səudiyyə Ərəbistanı alimləri yekdilliklə Quran ayələrinin oxunduğu səsin telefona zəng ola bilməyəcəyinə fitva veriblər.
Davamı...