Reklam verin!

Bakı İslam Universiteti yeni binaya niyə köçmür?

islam-universitetiYeni tədris binası ilə bağlı mübahisə yaranıb

“Təzə Pir” məsidinin həyətində Bakı İslam Universiteti üçün tikilən tədris binasının inşası başa çatıb. Universitet rəhbərliyi yeni tədris ilini təzə binada qarşılayacaqlarını bildirsə də, deyilənlər özünü doğrultmayıb.
Lent.az-a daxil olan məlumatlara görə, yeni tədris korpusunun tikintisi ilə əlaqədar ciddi narazılıqlar var. Bu səbəbdən də universitetin yeni binaya köçməsi ləngiyir. Əsas narazılıq isə tədris korpusunun tikintisinin maliyyələşdirilməsi ilə bağlıdır. Mənbənin bildirdiyinə görə, Qafqaz Müsəlmanları İdarəsi dövlət büdcəsi hesabına tikilmiş binanın ərsəyə gəlməsində öz rolunu şişirdir. Bu isə universitet rəhbərliyi tərəfindən narazılıqla qarşılanıb. Açılış mərasiminin ləngiməsinə səbəb də tədbirin Qafqaz Müsəlmanları İdarəsi, yoxsa, universitetin özü tərəfindən keçirilməli olduğunun müəyyənləşməməsidir.

Davamı...

Baxış sayı: 105
Açar sözlər: baki islam universiteti haci sabir 
Bookmark and Share

Hacı Sabir Həsənlinin hazırkı dini vəziyyətlə bağlı söhbəti

haci-sabir-hesenli-alim-ilahiyyatciMüstəqil Azərbaycan ötən 15 ildə qazandığı bir sıra nailiyyətlərlə yanaşı, həm də regionda və bütövlükdə Avropa məkanında fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan kimi tanınır. Ötən müddətdə respublikamızda dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirilmiş, xalqın milli təhlükəsizlik maraqları baxımından bu sahəyə daim diqqətlə yanaşılmışdır. Bununla belə, açıq demək lazımdır ki, son illərdə islami dəyərlərin təbliğində bəzi hallarda ifratçılığa, xurafata varma, dini ayinləri qəlbən, ruhən dərk etmədən, imitasiya və görüntü naminə kor-koranə icra etmə nəticə etibarilə islami dəyərlərin mənəvi-əxlaqi təsir gücünün zəifləməsinə gətirib çıxarır. Respublikamızda dini-mənəvi dəyərlərin təbliğində çox vaxt vicdanlı yanılmadan irəli gələn yanlış meyillərə, hansısa dini ayinin icrası ilə bağlı məcburetmə hallarına da rast gəlinir. Bakı İslam Universitetinin

Davamı...

Baxış sayı: 106
Açar sözlər: azərbaycan qəzeti hacı sabir həsənli 
Bookmark and Share


  Yazılar cəmi: 2  

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Səhər namazına vaxtında dura bilirsinizmi?



Açar sözlər

islam  əbubəkr  quran  din  abubakr 

Sayqaç

İndi blogda: 8
Keçən ayın hiti: 103186
Dünənki hit: 4001
Bugünki hit: 262
Ümumi hit: 672871






Top on A-Z.az


Free hit counters









En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle
banner Bloguma kimlər girib?


AddThis Feed Button
Add to Technorati Favorites
Pulsuz KOnsultasiyalar