Sual: Əgər namaz qılan bir bəndə sağ tərəfinə salam verdiyi zaman "Əssələmu əleykum və rahmetullah. Əs'əlükə'l fövzə bil'cənnəti - Allahın salamı və rəhməti üzərinizə olsun. Cənnətdə qurtuluşa çatmağı istəyirəm ". Sol tərəfinə salam verdiyi zaman "Əssəlamu aleykum əs'əlükə'n'nicatə min'ən'nər - Salam sizə olsun. Cəhənnəmdən xilas olmağı istəyirəm) deyən kimsə haqqındadır. Bu cür namazdan sonra salam verib dua etmək məkruhdurmu, məkruh deyilmi? Əgər məkruh isə bunun məkruh olduğuna dəlil nədir?
Namazın sonunda salam zamanı dua etmək olarmı?
Salavatı Peyğəmbərdən (s.ə.s) başqasına oxumaq olarmı?
Biz həmişə Peyğəmbərə salavat gətirəndə “Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd” deyirik. Yəni, “Allahım Məhəmmədə və Məhəmmədin ailəsinə salam olsun!” deyirik. Bu cür salamı, salavatı digər başqa bir kimsəyə oxumaq olarmı, bu doğrudurmu?
Cavab: Həmd Allaha məxsusdur. Alimlər Peyğəmbərdən (s.ə.s) başqa digər bir kimsəyə ayrıca olaraq salavat oxumaq haqqında iki qövl üzərində ixtilaf etmişlər. Birinci qövl (söz) bunun qadağan olunmasıdır. Bu qövl İmam Malik, İmam Şafiidən nəql edilmiş olub, Əbu əl-Bərəkatın tərcih etdiyi görüşdür.Baxış sayı: 93
Açar sözlər: salavat salavati şərif peyğəmbərə salam
![]()
![]()
![]()
Məhəmməd peyğəmbərə (s.ə.s) salavat gətirmə məsələsi
Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) “Kim mənə bir dəfə salavat oxuyarsa, Allah ona on dəfə salat edər. Kim mənə on dəfə salavat edərsə, Allah ona yüz dəfə salat edər. Kim mənə yüz dəfə salavat oxuyarsa Allah ona min dəfə salat edər. Mənə salavat oxumayan kimsə Cənnətə girsə belə onun qəlbində peşmanlıq olar” hədisi haqqındadır. Bir qul Məhəmməd peyğəmbərə (s.ə.s) salavat oxuduğu zaman Allah ona salavat (xeyir-dua vermək) edərmi, etməzmi?
Cavab: Allaha həmd olsun, səhih bir hədisdə peyğəmbərdən (s.ə.s) onun belə buyurduğu sabit olmuşdur: “Kim mənə bir dəfə salavat oxuyarsa Allah ona on dəfə salam-dua edər (Kitab-üz-zikr və-d dua). Sünəndə Peyğəmbərdən belə buyurduğu rəvayət edilmişdir: “Bir toplum bir məclisdə bir yerə gəlib, orada Allahı zikr etməzlərsə, mənə salavat oxumazlarsa qiyamət günü bu onlar üçün peşmanlıq olar”. Allah təala biz müsəlmanları bu cür qəflətdən qorusun.
Baxış sayı: 111
Açar sözlər: salavat məhəmməd peyğəmbər salat salam
![]()
![]()
![]()







