Sumqayıt Şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən oktyabrın 22-də ölkədə nəşrinə icazə verilməmiş dini ədəbiyyat aşkar edilib. Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Sumqayıt şəhərindəki 2-ci mikrorayonda yerləşən "Əhli-Beyt" mağazasının satıcısı, Qubadlı rayon sakini Əli Alıyev, "Müslim-Şop" mağazasının satıcısı, Sumqayıt şəhər sakini Rauf Fərzəliyev və 10-cu mikrorayonda yerləşən "Əhli-Beyt" mağazasının satıcısı, Qubadlı rayon sakini Səbuhi Alıyev tərəfindən satılan 258 ədəd müxtəlif dini təyinatlı ədəbiyyatlar aşkar edilərək götürülüb. Verilən məlumata görə, bu kitabların ölkəyə idxalına və nəşrinə icazə verilmir. /ANS PRESS/







