Möhtərəm Möminlər!
Bu günkü xütbəmiz xalqımızın çox əhəmiyyət verdiyi adət ən-ənələrimiz, yas mərasimlərimiz və günümüzdəki qəbirstanlıqlardaki vəziyyətlərlə əlaqəli olacaqdır. Bildiyimiz kimi, yaxınlarımızdan və dostlarımızdan bir çoxu, indi axirət aləminin ilk dayanacağı olan qəbirlərdə bizləri gözləməkdədirlər.
Bir insanın, ölmuş olan yaxınlarını, dostlarını və sevdiklərini unutması, əlbətdəki asan deyildir. Bu, təbii olan sevgi və mərhəmətin bir işarəsidir. Bu haqda Ənəs bin Malik (r.a)-dən gələn rəvayətə görə Peyğəmbərimiz (s.ə.s), can verməkdə olan oğlu İbrahimi qucağına alaraq öpmüş və mübarək gözlərindən yaşlar axıtmışdır. Bu hadisəni görən Abdurrahman bin Avf bu zaman belə demişdir:
“Səndəmi Ey Allahın Peyğəmbəri?” Buna cavab olaraq Allah Rəsulu (s.ə.s) belə buyurdu:
“Bu (göz yaşı) rəhmətdir, mərhəmətdir.... Göz ağlar, qəlb hüzünlənir. Biz də ancaq Rəbbimizin razı olacağını deyərik. İbrahim! Səndən ayrıldığımız üçün həqiqətən kədərliyik”.






