Zaqataladakı əhli sünnə terrora “Yox” deyir
Əssələmu əleykə və rəhmətullahi və bərəkatuh, əziz müsəlman qardaş və bacılar!
Hamınızı salamlayıram, 17 avqustda “Əbu Bəkr” məscidində şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm. Onların yeri Cənnətdir. Şəhidlərimizə Allah Təala Cənnəti bəxş edir.
Özüm jurnalist deyiləm, odur ki, hər hansı üslub xətalarına yol verə bilərəm. Buna görə də əvvəlcədən hamınızdan üzr diləyir və haqqınızı halal etməyinizi sizlərdən rica edirəm.






